Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 15 886 min nəfərin namizədliyi irəli sürülüb. Trend xəbər verir ki, bu barədə statistikanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında açıqlayıb. O bildirib ki, onlardan 6 889 nəfərin imza vərəqələri götürülüb.