2024-cü ilin noyabr ayından şadlıq saraylarında sifarişlərin sayı 23,6 faiz artıb. Day.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Sifarişlərin çoxalması özünü qiymət artımlarında da göstərib. Belə ki, şadlıq saraylarında noyabr ayında qiymətlər 6.2 faiz artıb.