Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktoru Əzizə Abdıyevaya qarşı dələduzluq etmiş şəxslərin məhkəməsi başa çatıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Abdıyevaya qarşı dələduzluq edərək onun 98 min manat pulunu ələ keçirmiş 4 nəfərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.