19 dekabr 2024-cü il tarixində onlayn formatda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclası keçirilib. Xarici İşlər Nazirliyindən Day.Az-а bildirilib ki, iclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak və çıxış edib.