"Keşlə bazarı"nda işləyən şəxslərə yanvarın 1-dək mallarını çıxarmaq, ərazini təhvil vermək tapşırılıb. Bazarda fəaliyyət göstərən şəxslər isə bu qərardan şikayətçidir. Day.Az xəbər verir ki, məsələ ilə bağlı "Yeni Müsavat"ın əməkdaşı adıçəkilən bazarda olub, vəziyyəti daha yaxından öyrənməyə çalışıb.