Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün kredit ayırmaq mümkün deyil. Day.Az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.