Fransa Prezidenti Emmanuel Makron ölkənin dənizaşırı departamenti Mayota səfər edib. Day.Az xəbər verir ki, Makron "Şido" qasırğasından zərər görən Mayota səfəri zamanı yerli sakinlərlə söhbət etmək qərarına gəlib. Lakin sakinlər Fransa liderini fitə basıb və istefa verməsi ilə bağlı şüarlar səsləndiriblər.