Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvələrə tələbat artıb. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, Yeni il bayramı ərəfəsində bölgələrdən gətirilən məhsullar ötən ilə nisbətdə daha boldur. Xüsusilə kənd toyuğu və hind quşu bu il ötən illərlə müqayisədə bazara daha çox gətirilib.