Vətəndaşın telefonuna daxil olaraq adına 15 min manat kredit götürüblər. Day.Az xəbər verir ki, hadisə paytaxt sakini Aqil Babayevin başına gəlib. O bildirib ki, operator adından zəng edən dələduzlar, mobil internetin sürətini artırmağı vəd ediblər. Bu məqsədlə ondan bir neçə əməliyyat icra etməsini tələb ediblər.