Azərbaycan Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti və infrastruktur qurulması ilə bağlı yeni dəyişikliklər qüvvəyə minir. Torpaq Məcəlləsindəki dəyişikliklərə əsasən, 5 hektar və daha böyük əkin sahəsinə malik şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün nəzərdə tutulan tikililəri inşa edə biləcəklər.