Birlikdə yeyib-içdikdən sonra tanışını öldürən Sərxan Əliyevin məhkəmə araşdırması başa çatıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 22 yaşlı Sərxanla 40 yaşlı dostu Zaur Seyfullayev hadisə günü Abşeron rayonunun Məmmədli qəsəbəsində yerləşən evdə birlikdə spirtli içki qəbul ediblər.