Məşhur müğənni Ferdi Tayfurun səhhəti ağırlaşıb. Day.Az xəbər verir ki, sənətçi təcili olaraq Muğlanın Menteşe bölgəsindən tibbi helikopterlə Antalyaya aparılıb. O burada reanimasiyaya yerləşdirilib. İfaçının soyuqdəymə səbəbindən vəziyyətinin pisləşdiyi qeyd edilib. 79 yaşlı Ferdi orada Özel Yücelen xəstəxanasında müalicə olunurdu.