Siyəzəndə məktəbli dəm qazından zəhərlənərək ölüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Siyəzən şəhərində M.Ə.Sabir küçəsində baş verib. Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.