Bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Baş nazir bildirib ki, bununla bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd etmək istərdim: "Artıq 11 ayda iqtisadi artım 4,1% olmuşdur, o cümlədən qeyri-neft sektorumuz 6.4% artmışdır.