Kartof püresi bir çox hallarda xəstələrə verilən, bədəni yumşaldan və bağırsaqları işlətdiyi üçün faydalı hesab olunan yeməkdir. Lakin həddindən artıq püre yemək sağlamlıq üçün risklər daşıya bilər. Milli.Az xəbər verir ki, rusiyalı toksikoloq Mixail Kutuşov pürenin bəzi potensial təhlükələrindən danışıb.