ABŞ Dövlət katibi Antoni Blinken yeni Suriya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə "The Guardian" məlumat yayıb. Antoni Blinken bildirib ki, digər diplomatlarla birlikdə İordaniyada Heyət Təhrir əş-Şam təmsilçiləri ilə danışıqlar aparıblar.