Əfqanıstanın şimalındakı Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədənində çökmə nəticəsində azı 35 fəhlə dağıntılar altında qalıb. Day.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə dekabrın 14-də axşam saatlarında baş verib. Hazırda dağıntılar altında qalanların taleyi naməlumdur.