Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. İdman.biz xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Azərbaycan Boks Federasiyası (ABF) İdarə Heyətinin üzvü Rövşən Hüseynov çıxış edib.