Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. Onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb. AZƏRTAC xəbər verir ki, bu barədə "RBC-Ukrayna" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır.