"Science" jurnalında dərc olunan yeni tədqiqat Günəşə bənzər ulduzların hər 100 ildən bir milyardlarla atom bombasına bərabər enerji buraxan partlayış yarada biləcəyini ortaya qoyub. Axar.az xəbər verir ki, mütəxəssislər Günəşdə də bu cür partlayış baş verə biləcəyi ehtimalını nəzərdən keçirirlər.