Gürcüstanda 12 nəfərin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Qudauri kurortunda baş verib. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, meyiti tapılanlardan biri Gürcüstan vətəndaşı, digəri əcnəbilərdir. Onların restoran işçiləri olduğu, dəm qazından zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.