"Gilan Tea" çay şirkətinin fəaliyyətinə xitam verilib. Day.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib. Belə ki, "Gilan Tea" MMC "Green Plant" MMC-yə qoşulub və buna görə də "Green Plant" şirkəti yenidən təşkil edildiyini elan edib.