594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, sərnişinlərin daşınması "BakuBus" MMC-nin 17 "Neoplan" markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.