Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin xuliqanlıq hərəkətləri törətmələrini, digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-də Yasamal rayonunda restoran-pubların birində baş verib.