Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı bəyanatları yenidən gündəmə gəlib. Paşinyan bildirir ki, Azərbaycanla sülh müqaviləsi mətninin 90 faizi razılaşdırılıb. Lakin bu rəqəmlər yalnız kağız üzərində qalır, real addımlarla təsdiqlənmir.