Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulmasını davam etdirir. Day.Az agentliyə istinadən xəbər verir ki, yol başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33,6 km təşkil edir.