Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb. Day.Az xəbər verir ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən bu göstərici ilin əvvəli ilə müqayisədə 9,6%, ötən ilin eyni dövrünə nisbətən isə 8.9% artıb.