Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın I Dövlət Proqramı çərçivəsində Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşüb. Köçürülən ailələr daha əvvəl respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.