2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlar cərimələnə bilərlər. Milli.Az xəbər verir ki, onlardan vergi uçotunda olmaları tələb ediləcək. Bu tələbə cavab verməyən iş adamları fəaliyyət göstərə bilməyəcəklər və bazarların mülkiyyətçiləri yaxud idarəçiləri 2 000 manat məbləğində cərimə olunacaq.