Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhər ərazində qeydə alınıb. Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.