Cəlilabadda 33 yaşlı qadın itkin düşüb. Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı noyabrın 24-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb. Leyla Heydərovanın boyu 170 sm, gözləri qəhvəyidir.