Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində yerləşən "Şərq qalxanı" müdafiə istehkam xəttinin birinci hissəsində 3,5 min "beton kirpi" quraşdırıb. AZƏRTAC xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bunu istehkam xəttinin inşa edilən ilk hissəsinə baş çəkərkən deyib.