Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb. Day.Az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur.