Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Day.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.