Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesi sektorunda çalışanların orta aylıq maaşı 3 572 manata çatıb. Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 192,2 manat (5,84%) çoxdur.