Azərbaycanda çörək istehsalçısı olan "Platek Pact" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilib. Day.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin "ATS Food" MMC-yə qoşulmasıdır. Məlumata görə, "ATS Food" isə qoşulma nəticəsində yenidən təşkil olunduğunu elan edib.