Ermənistan Baş Prokurorluğu eks-prezident Robert Köçəryana və İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamlar irəli sürüb. Day.Az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata görə, Köçəryan və Xaçaturov xidməti vəzifələrini aşmaq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunurlar.