Gürcüstan parlamenti hökumətin tərkibinə etimad göstərib. Day.Az APA-ya istinadən bildirir ki, parlament yekdilliklə Baş nazir namizədi İrakli Kobaxidzenin təqdim etdiyi yenilənmiş Nazirlər Kabinetinə etimad göstərib. Sessiyada iştirak edən 84 deputat lehinə səs verib.