Bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı layihəsi artıq hazırdır. Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. O bildirib ki, namizədin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi müddəti dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.