"Atalanta"nın futbolçusu Şarl de Ketelar Çempionlar Liqasının tarixinə düşüb. İdman.biz xəbər verir ki, o, "Yanq Boyz"la 5 qolun vurulmasında iştirak edib. Belçikalı yarımmüdafiəçi komandasının səfərdə qarşılaşmasında (6:1) 2 qol vurub, 3 ötürmə edib. Ketelar bu uğura nail olan 8-ci futbolçu olub.