1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Day.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında qeyd edib. Nazir bildirib ki, son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib.