Noyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasında növbəti plenar iclası keçirilir. Day.Az xəbər verir ki, hökumət üzvlərinin iştirak etdikləri iclasda 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilir.