Elmi dərəcələrə görə verilən vəsait artırılmalıdır. Sonuncu dəfə bu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır. Day.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.