Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıya çevirməkdir. Day.Az xəbər verir ki, bunu "Trendyol Group"un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib. O qeyd edib ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafı var.