Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında" sərəncam imzalayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.