Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinin Bakıda keçirilən iqlim sammitini az qala pozduğunu bildirib. Day.Az xəbər verir ki, bu barədə o, "The Guardian" qəzetində dərc olunan məqaləsində yazıb.