Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə verilən güzəştin müddəti uzadılıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda keçirilən tədbirdə deyib.