25 noyabr tarixində günəşdə partlayışlar qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. "Noyabrın 25-də Moskva vaxtı ilə saat 10:42-də (Bakı vaxtı ilə 11:42) rentgen diapazonunda M9.4 (N21E89) partlayışı qeydə alınıb. Partlayış 34 dəqiqə davam edib", - məlumatda bildirilir.