2024-cü ilin 10 ayının yekunlarına əsasən, magistral neft kəmərləri sistemi ilə Qazaxıstan Respublikasına neft nəqlinin həcmi təqribən 60 milyon ton təşkil edib. Bu barədə Trend-ə Qazaxıstan Energetika Nazirliyindən məlumat verilib. Məlumata əsasən, Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri ilə 46,3 milyon tona yaxın neft nəql edilib.