Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, qadınlarda hər iki valideyndən miras qalan TBPL2 genindəki mutasiyalar sonsuzluğa səbəb ola bilər. Day.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqat çərçivəsində alimlər sonsuzluq müalicəsi alan 22 min qadın və artıq ana olmuş 200 min iştirakçının məlumatlarını təhlil ediblər.